Çərşənbə , Mart 3 2021
Ana səhifə / İqtisadiyyat / Nazirlər Kabineti bücdə ilə bağlı sərəncam verdi

Nazirlər Kabineti bücdə ilə bağlı sərəncam verdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncam verib.

Sərəncam “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin layihəsinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə imzalanıb.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət Statistika Komitəsi:

– cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2020-ci ilin ilkin statistik məlumatlarını 2021-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməli;

– növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi:

– 2022-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2021-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin məbləğini 2021-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2021-ci il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməli;

– büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin proqramları (tədbirləri) üzrə fəaliyyət planlarının, habelə baza proqnozlarının və yeni siyasət təşəbbüslərinin hazırlanmasına dair təlimat məktubunu 2021-ci il fevralın 15-dək OMXÇ sənədinin hazırlanmasında iştirak edən aidiyyəti təşkilatlara göndərilməsini təmin etməli;

– “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb 2021-ci il mayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;

– Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkiatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, yığılması, istifadə edilməsi və uçotunun aparılması sahəsində vahid normativ hüquqi aktın tətbiqi ilə bağlı təkliflərini aidiyyəti qurumlarla razılaşdırmaqla hazırlayıb 2021-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

“Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsinin layihəsi ilə birlikdə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanan sənədlərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi üçün həmin sənədlərin icmallaşdırılması işləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilib.

İqtisadiyyat Nazirliyi:

– Maliyyə Nazirliyi tərəfindən 2021-ci il aprelin 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2021-ci il aprelin 8-dək Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməli;

– 2021-ci il üçün dəqiqləşdirilmiş, 2022-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2022-ci il üçün ilkin proqnozlarını 2021-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini 2021-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməli;

– 2022-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2021-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2021-ci il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli;

– vergi və rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt və azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə gözlənilən güzəşt və azadolmalara (vergi və rüsumların növləri ayrılıqda göstərilməklə) dair məlumatları 2021-ci il iyunun 1-dək, iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmış vergi ödəyicilərinə (şəhər və rayonlar göstərilməklə) dair məlumatları isə 2021-ci il iyunun 15-dək Maliyyə Nazirliyinə təqdim etməli;

– Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2021-ci il avqustun 1-dək təqdim etməli;

-2022-ci ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2021-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməli;

-. sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərini hazırlayıb 2021-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

5.8. 2021-ci il iyulun 1-dək respublikanın şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2020-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməli;

– təqdim olunacaq makroiqtisadi proqnoz göstəricilərinin siyahısının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar layihəsini hazırlayıb 2021-ci il mayın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin oxuyun

Mərkəzi Bankdan dollarla bağlı yeni AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankın martın 3-dən etibarən …