Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / İqtisadiyyat / Nazir: “Qeyri-neft sektorunda vergi ödənişlərinin 93 %-i könüllüdür”

Nazir: “Qeyri-neft sektorunda vergi ödənişlərinin 93 %-i könüllüdür”

Bu gün Azərbaycanın qeyri-neft sektorunda könüllü vergi ödənişlərinin xüsusi çəkisi 93 %-ə yaxındır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, neft-qaz sektorunda isə bu rəqəm 100 %-dir:

“Bu gün vergi dailomalarında əsas diqqət yetirdiyimiz rəqəmlər deyil, bunun hansı hissəsini sahibkar könüllü şəkildə ödəyir. Bu göstərici artıq sahibkarın şüurunun dəyişməsini, mənim malım, mənim təsərrüfatım, dövlətin xəzinəsi ayrı yanaşmasından kənarlaşır”.

M.Cabbarov vurğulayıb ki, bir neçə il əvvəl yoxlamalarla, sanksiyalarla vergi ödənilirdi: “Bu gün eyni prosesdir, lakin tamamilə başqa şəkildə artıq şüurun, mədəniyyətin dəyişməsindən irəli gəlir.

Bu dəyişikliklərdə struktur və kadr islahatlarının da böyük rolu var”.

Həmçinin oxuyun

Azərbaycanda polad boruların istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 158,8 milyon manatlıq məhsul istehsal …