Ana səhifə / İqtisadiyyat / Nazir müavini sahibkarlar üçün yaradılan yeni imkanlardan danışdı

Nazir müavini sahibkarlar üçün yaradılan yeni imkanlardan danışdı

Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ümumi daxili məhsulda özəl sektorun payı 80 faizi, məşğulluqda isə 75 faizi keçib. 

Bu barədə jurnalistlərə açıqlama verən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirilib.

Sahib Məmmədov deyib ki, bu gün istehsal olunan məhsullar  rəqabət qabiliyyətliliyinə və ixracyönümlülüyünə görə dünya bazarında satışı təmin olunur:

“Bu formalaşmış güclü sahibkar ordusunun göstərdiyi xidmətlərin nəticəsidir. Hesab edirik ki, formalaşmış bu iqtisadi potensialda sahibkarların rolu danılmazdır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. İstehsal olunan məhsulların həcminin artırılması ölkəyə əlavə valyutanın daxil olmasına şərait yaradır. Bu da yeni istehsal sahələrinin yaradılması və mövcud sahələrin daha da genişləndirilməsi üçün zəmin formalaşdırır”. (Sputnik)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …