Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Nazir müavini dərmanların qiymətindən danışdı

Nazir müavini dərmanların qiymətindən danışdı

Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının qiyməti tənzimlənib.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, ümumilikdə Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda demək olar ki qeydiyyatda olan bütün dərman preparatlarının qiymətlərinə baxılıb və vahid qiymət qoyulub:

“Söz yox ki, bu, daim rotasiya olunan, təkrarlanan prosesdir. Bəzi preparatların qeydiyyatının vaxtı qurtarır, yeni preparatlar qeydiyyata düşür və proses davam etdirilir. Artıq 10 mindən çox dərman preparatının qiymətləri dövlət tərəfindən tənzimlənib”.

Nazir müavini ölkədə əczaçılığın inkişaf prespektivlərindən də danışıb: “Son illərdə İqtisadiyyat və Səhiyyə Nazirlikləri bu sahədə böyük işlər görüb. Dünyanın aparıcı şirkətləri və mütəxəssisləri ilə danışıqlar aparılıb. Ölkədə əczaçılıq sahəsində ixtisaslaşan Pirallahı Sənaye Parkı yaradılıb. Bu gün bu sərgidə həmin parkın üç rezidenti – “Hayat Pharm”, “Diamed” və “Caspian Pharmed” iştirak edir.

 

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …