Ana səhifə / İqtisadiyyat / Nazir jurnalistdən üzr istədi

Nazir jurnalistdən üzr istədi

Yaponiyanın “Fukusima-1″ AES-də fəsadların aradan qaldırılmasına cavabdeh olan rekonstruksiya naziri Masaxiro İmamura kobud davranışına görə jurnalistdən ictimiyyət qarşısında üzr istəməli olub.

Trend-in məlumatına görə, aprelin 4-də mətbuat konfransında jurnalist nazirin AES-dəki qəza ilə bağlı yaxın rayonlardan köçməyə məcbur olmuş insanlara yardım etmək istəməsi ilə bağlı sual səsləndirib ki, bu da onu əsəbiləşdirib. Nazir jurnalistə cavab əvəzinə: “Zaldan çıx və bir daha geri qayıtma” deyib. Jurnalist onun sözünü yerinə yetirməyib və yenə sualı təkrarlayanda isə nazir ona “Ağzını yum” deyə qışqırıb.

Daha sonra jurnalistdən üzr istəyən nazir deyib: “Həmin vaxt çox emossional olmuşam, üzr istəyirəm”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın