Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / İqtisadiyyat / Nazir büdcə gəlirlərinin azalmasının səbəbini AÇIQLADI

Nazir büdcə gəlirlərinin azalmasının səbəbini AÇIQLADI

Maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə gəlirlərinin 2023-cü və 2022-ci ilə nisbətən azalmasına münasibət bildirib.

Maliyyə naziri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deyib ki, büdcə gəlirlərinin azalmasının səbəbləri bəllidir.

Samir Şərifov qeyd edib ki, bunun səbəbi neft sektorunda hasilatın azalmasıdır:

“Qaz sektorunda isə artımlar var. Burada hər hansı gözlənilməyən məsələ yoxdur. Bunu gəlirlərin azalması kimi təqdim etmək doğru olmaz. Qeyri-neft sektoru üzrə gəlirlərimizi artırmalıyıq. Bu sahədə tərəqqi var, amma inkişaf etdirilməlidir. Qeyri-neft sektoru üzr gəlirlər artmaldır”.

Həmçinin oxuyun

Yeni ildə bu məhsullar bahalaşacaq

Hər il olduğu kimi, bu ildə bayramqabağı qiymətlərin bahalaşacağı gözlənilir.  Bayram yaxınlaşdıqca “ənənəvi” qiymət artımının …