Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil”.
Bunu noyabrın 6-da maliyyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Qaz limiti ilə bağlı danışarkən nazir qeyd edib ki, qaz limiti kifayət qədər mürəkkəb məsələdir:
“Sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır”.
Nazir vurğulayıb ki, bu, o qədər də sadə məsələ deyil: “Biz bunu açıq etiraf etməliyik”.
Samir Şərifov çıxışında inflyasiya məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanda 2023-cü ilin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir. Report