Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

Bu il arıçılığa dövlət dəstəyi artırılacaq.

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

H.Əsədovun sözlərinə görə, nazirlik tərəfindən fərman layihəsi və digər aidiyyatı sənədlər hazırlanaraq bütün iqtisadi qurumlarla razılaşdırılıb, iki gün öncə Nazirlər Kabinetinə təqdim edilib, yaxın günlərdə Prezident Administrasiyasına təqdim ediləcək.

“Hər arı yeşiyinə görə ildə 10 manat subsidiya veriləcək. Bu, böyük dəstəkdir. Beləliklə, hər 20 arı ailəsi olana 200, 30-40 olana isə 300, 400 manat birdəfəlik dəstəkdir ki, buda hesab edirəm arıçılığın inkişafında mühüm rol oynayacaq. Azərbaycan arıçılğın inkişafı üçün nektarların ən çox olduğu ölkədir. Ən yaxşı arı cinsi Azərbaycandadır. Azərbaycandan da istehsal olunan bal daha yüksək kateqoriyaya malik olduğu üçün dünya bazarında xüsusi yer var. Haradasa 15-20% Azərbaycan balına tələbat var. Hansı ki, dünya ölkələrində bu, 5-10%-dir”,- deyə H. Əsədov əlavə edib.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …