Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Nazir: “Azərbaycan 2017-ci ildə 16,9 mln. dollarlıq sitrus meyvələri idxal edib”

Nazir: “Azərbaycan 2017-ci ildə 16,9 mln. dollarlıq sitrus meyvələri idxal edib”

“Azərbaycan 2017-ci ildə 16,9 mln. dollarlıq sitrus meyvələri idxal edib”.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı sitrus meyvələri keyfiyyətinə görə daha orqanikdir: “Ölkədə sitrus bağlarının əkin sahələri artırılmalıdır”.

Nazir deyib ki, Azərbaycana meyvə bağları üçün gətirilən texnika azdır: “Tezliklə bağ maşınlarının gətirilməsi üçün təkliflər hazırlanmalıdır. Bu il bağ maşınlarının gətirilməsi təmin ediləcək”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …