Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Nazir Ağsuda fermerlərlə görüşüb

Nazir Ağsuda fermerlərlə görüşüb

Ağsu rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.

Ağsu rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Ənvər Seyidəliyev qeyd edib ki, məhz dövlətin diqqət və qayğısı nəticəsində son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıq daha da inkişaf edib. 

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: 

“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”. 

Nazir Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr, görülən işlər barədə məlumat verib. 

Görüş iştirakçıları məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə mineral gübrələr, dərmanlar, herbisidlər, pestidisitlər və texnika ilə təminat ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb, sualları cavablandırılıb. 

Görüşdə ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb. 

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov aprel-may aylarında SaatlıSabirabadUcarQəbələSalyanNeftçalaİsmayıllı rayonlarında fermerlərlə səyyar görüş keçirib. Fermerlərlə səyyar görüşlər davam edəcək. 

Azvision.az 

Həmçinin oxuyun

Azərbaycanı gözləyən inflyasiya proqnozu açıqlandı

Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib. Hesabatda …