Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Nazir: “Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər”

Nazir: “Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər”

“Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun. Amma dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru dövlətə gəlir gətirir”.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycanda da mədəniyyət sektorunun büdcəyə gəlir gətirməlidir. Bunun üçün isə onlar üçün əlavə imkanlar yaradılmalıdır.

Ə.Qarayevin sözlərinə görə, mədəniyyət sektorunun imkanların genişləndirilməsi ölkəyə turizm axınının güclənməsinə yardım edəcək.

Ə.Qarayev əlavə edib ki, turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir: “Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır”.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …