Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, Nazarbayev ölkənin qarşısında durduğu çağırışlara cavab verməli olduğunu diqqətə çatdırıb.

Qazaxıstan prezidenti bildirib ki, səlahiyyətlərinin əhəmiyyətli hissəsini parlamentə və hökumətə ötürür. Onun sözlərinə görə, güclü prezident üsuli-idarəsi ölkənin inkişafa başladığı, ayağa qalxmağa çalışdığı dövrdə lazım idi.

Bu islahatlarla bağlı Nazarbayev referendumun keçirilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdırıb.