Cümə , Noyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda Açıqlama

Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda Açıqlama

“Bəyanatın 9-cu bəndinin icrası Gürcüstanın Cənubi Qafqazda nəqliyyat və kommunikasiya sahəsindəki rolunu və tranzit gəlirlərini azaldacaq. Çünki, bundan sonra Rusiya Ermənistana yükləri yalnız Gürcüstan vasitəsilə deyil həm də Azərbaycan ərazisindən göndərə biləcək, əskinə ermənilər də Rusiyadan və başqa ölkələrdən yükləri Azərbaycan vasitəsilə də əldə edə biləcəklər”.

Bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, həmçinin Türkiyədən Azərbaycana və əksinə yüklər Naxçıvan üzərindən daha çox və az xərclə daşınacaq. Gürcülər bu səbəbdən hər il 10 milyonlarla dollar və əvvəlki statusunu itirəcəkdir.

“Putin bəyanatın 9-cu maddəsi ilə “bir güllə ilə bir neçə quş vurub.” 9-cu maddədə deyilir ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.” 

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …