Şənbə , Yanvar 23 2021
Ana səhifə / İqtisadiyyat / Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.
B
u barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 462,7 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …