Çərşənbə , İyul 28 2021
Ana səhifə / İqtisadiyyat / Naxçıvana 2 milyon 655 min manat ayrılıb- SƏRƏNCAM

Naxçıvana 2 milyon 655 min manat ayrılıb- SƏRƏNCAM

Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, sərəncamla çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə çoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Həmçinin oxuyun

Prezidentin xəbərdarlığı ilə bağlı nazirlikdən açıqlama: Pullar hara xərclənib?

İyulun 25-də Prezident İlham Əliyev öz rəsmi Tvitter səhifəsində məmurlara müraciət edərək «nəzarətsiz xərclərlə» bağlı …