Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı tarix açıqlanıb

Naxçıvan-Məşhəd qatarının bərpa olunacağı tarix açıqlanıb

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.

Bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.

 Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.

Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır.

M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: “Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”.

Həmçinin oxuyun

ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ AÇIQLANDI

Azərbaycanda ötən il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.Bunu …