Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Natiq Cəfərlidən benzinlə bağlı açıqlama: “Bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik”

Natiq Cəfərlidən benzinlə bağlı açıqlama: “Bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik”

“Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb. Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik, SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir”.

Bunu ekspert Natiq Cəfərli bildirib.

“Hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardır, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artlb deyə, bizdə də qalxır – yenə yalan danışırlar…” – N.Cəfərli qeyd edib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …