Ana səhifə / İqtisadiyyat / “Nar” Xırdalanda yeni mağazasını təqdim edib
????????????????????????????????????

“Nar” Xırdalanda yeni mağazasını təqdim edib

“Nar” Xırdalan şəhərində yeni mağazasını təqdim edib.

Şirkətdən Azinforum.az-a daxil olan məlumata görə, şəhərin Heydər Əliyev prospekti, 1A ünvanında yerləşən və yeni konseptə uyğun açılmış mağaza Xırdalan və ətraf ərazilərdə yaşayan müştərilərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək məqsədi daşıyır.

Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, açılış günü “Nar” nömrələri 50% güzəştlə satışa çıxarılıb, bütün smartfonlar isə 10% endirimlə mobil rabitə istifadəçilərinə təklif edilib. Əlavə olaraq, endirimli smartfon əldə etmiş hər bir müştəriyə “Nar” nömrə hədiyyə edilib. Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 76 “Nar” diler dükanı fəaliyyət göstərir.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …