Cümə , Sentyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / “Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə

“Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə

“Nar” yay günlərində daimi yaşayış yerlərindən kənarda olan istifadəçilər üçün “Nar Wi-Fi” qurğusu ilə yüksəksürətli internetə çıxış imkanı təqdim edir. İstirahət üçün bağa, başqa mənzilə köçənlər, yaxud evində stabil internetə qoşula bilməyənlər “Nar Wi-Fi” internet paylayıcısından faydalana bilərlər.

Qısa müddətdə “Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq. Həmçinin, pandemiya dövrünü nəzərə alaraq, mobil operator “Səyyar Nar” xidməti vasitəsi ilə Bakı, Sumqayıt və Abşeron yarımadasında yerləşən və cihazı əldə etmək istəyən müştərilər üçün ödənişsiz çatdırılma xidməti də göstərir.

Qeyd edək ki, avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşür. “Nar Wi-Fi” ilə abunəçilərə 20GB və 50 GB-–lıq internet paketləri təqdim edilir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir.

“Nar+” tətbiqi vasitəsilə cihazda cari paketin statusunu, hesab balansını yoxlamaq, eyni zamanda balansı artırmaq və yeni “Nar Wi-Fi” paketləri almaq mümkündür. Qurğu və tariflər haqqında daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Həmçinin oxuyun

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.Yeniavaz.com Böyük Britaniyanın …