Ana səhifə / İqtisadiyyat / “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

28 May “Respublika günü” münasibətilə mobil operator “Nar” abunəçilərini təbrik edir. Belə ki, “Nar”-ın Turbo internet paketlərindən birini sifariş edərkən abunəçilər mobil operatordan bonus internet də əldə edirlər.

“Nar” abunəçiləri Turbo XS, S və M paketlərini sifariş edərkən 100 MB; Turbo L, L+, XL, 2XL və 3XL paketlərini sifariş edərkən isə 1GB bonus internet paketi qazanır. Bu kampaniya müstəqilliyimizin 100 illiyi münasibətilə keçirilir və kampaniyaya qoşulmaq üçün heç bir şərt yoxdur.

Kampaniya mayın 31-nə kimi davam edir. Təqdim olunan bonusların istifadə müddəti 7 gündür və kampaniya bitdikdən sonra da, əgər bonusun istifadə müddəti bitməyibsə, abunəçi bonuslardan istifadə edə bilər. Bonusları *777#20#YES şifrəsi ilə yoxlamaq mümkündür.

“Nar”-ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

Həmçinin oxuyun

“Moody’s” neftin qiymətlərinə orta müddətli perspektivdə təsir edəcək amilləri açıqlayıb

“Moody’s” beynəlxalq reytinq agentliyi neftin bir barelinin orta illik qiymətini 60 dollar səviyyəsində olacağı barədə …