Cümə , Oktyabr 23 2020
Ana səhifə / İqtisadiyyat / “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

“Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

“Nar” 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək.

Bunu “Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibəsində deyib. “Nar”-ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.

Qəhrəman Kazımov qeyd edib ki, 2019-cu il üçün ən mühüm planlardan biri satış şəbəkəsində ediləcək dəyişikliklərdir: “Ümumilikdə, 2019-cu ildə diler şəbəkəmizi daha müasir, geniş, eyni zamanda müştəri təcrübəsini daha da artıracaq kanala çevirmək kimi planımız var. Bunu ilk növbədə regionlarda yaşayan müştərilərimizə də şamil edirik. Bu gün “Nar” xidmət mərkəzlərinin və dilerlərinin mövcud olmadığı regionlarda yeni dükanların açılması nəzərdə tutulur. Eləcə də, diler şəbəkəsinin funksionallığının artırılması baxımdan xeyli işlər görüləcək”.

Azərbaycanın telekommunikasiya bazarında rəqabət mühitini dəyərləndirən Q.Kazımov deyib ki, həm şəbəkə keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar və onların qiymətləri ilə bağlı güclü rəqabət var. Hazırda “Nar”-ın bazardakı mövqeyi güclənməkdədir.

“Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımovun “Qafqazinfo”ya müsahibəsinin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: http://qafqazinfo.az/news/detail/abunecilere-seffaf-internet-tecrubesi-yasadiriq-qehreman-kazimov-253447

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …