Ana səhifə / İqtisadiyyat / Nalbandyan Rusiyada biabır oldu – VİDEO

Nalbandyan Rusiyada biabır oldu – VİDEO

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rus jurnalist Janna Nemçovanın suallarını cavablandırıb. Erməni nazir müsahibəsində Dağlıq Qarabağ probleminə və Rusiya ilə münasibətlərə də toxunub. Müsahibə zamanı Nalbandyan jurnalistin suallarından sonra çətin vəziyyətə düşüb.

Jurnalistin “Əgər Rusiya bazarlarını Ermənistanın üzünə bağlasa, Ermənistan hansı çətinliklərlə qarşılaşar?” sualına nazir cavab verməkdə çətinlik çəkib. Nalbandyanın cavabı isə məntiqsiz və çox gülməli alınıb.

“Siz elə sual verirsiniz ki,…Əgər, Almaniya üçün bütün qonşuları bazarlarını bağlasa, nə olacaq? Siz bunu təsəvvür də bilirsiniz? Əlbəttə yox…”

Jurnalist erməni nazirin çaşqın vəziyyətdə qaldığını gördükdən sonra nazirə Rusiyanın Gürcüstan və Moldova ilə ticari əlaqələrinin kəsdiyini də xatırladıb.

Bundan sonra Nalbandyan deyib ki, Ermənistanın ticari əlaqələri birtərəfli deyil. O qeyd edib ki, Ermənistanın ticarət əlaqələrinin 3/1 hissəsini Avropa İttifaqı ilə həyata keçirilir.

Jurnalistin Qarabağla bağlı verdiyi sual xüsusilə erməni nazirin xoşuna gəlməyib. O hətta jurnalisti Azərbaycan tərəfinin sözünü deməkdə ittiham edib. Bu zaman Nalbandyanın üzündə olan narahatlıq da diqqətdən qaçmayıb.

“Görünür siz bu müsahibəyə yaxşı hazırlaşmısınız. Amma Qarabağla bağlı sualda həqiqətdən kənara çıxdınız. Burada ərazi mübahisəsi yox, insan hüquqları məsələsindən söhbət gedir. Azərbaycan tərəfi isə bunu ərazi mübahisəsi kimi təqdim edir. Siz də sualınızı hazırlayarkən Azərbaycan tərəfinin mənbələrindən istifadə etmisiniz.”, deyə Nalbandyan bildirib.

Bundan sonra Nalbandyan suala ümumi cümlələrlə cavab verməyə çalışıb. Jurnalist isə ondan suala konkret cavab verməsini xahiş edib.

Daha sonra Nalbandyan Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən 5 şərtlərdən danışıb.

Qeyd olunan müsahibə sosial şəbəkələrdə paylaşılan zaman ermənilər özləri belə nazirlərinin suallara məntiqsiz və savadsız cavab verdiyini etiraf ediblər.

Femida.az

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın