Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Nəinki 190 manatı, heç kartı ala bilmirik” – Vətəndaş nazirliyiə müraciət edib yardım istəyir

“Nəinki 190 manatı, heç kartı ala bilmirik” – Vətəndaş nazirliyiə müraciət edib yardım istəyir

“Bu gün sizin saytınızda oxudum ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) şöbə müdiri Fazil Talıbov 300 min adama ikinci dəfə – may ayı üçün 190 manat birdəfəlik ödənişin köçürüldüyünü deyib. Əlavə edib ki, həmin vətəndaşlar ayın 24-ə qədər ödənişlərini tam şəkildə alacaqlar. Mən aprelin 9-da ikinci dəfə ödəniş köçürülən ilk 10 min nəfərdən biriyəm. Bu gün may ayının 18-dir, nəinki ödənişi, heç kartı bizə verməyiblər”.

Bu barədə “AzPolitika.info” saytına vətəndaş Salmanov Səməd Cabbar oğlu bildirib. Onun sözlərinə görə, dəfələrlə şikayətdən etdikdən sonra nazirlikdə şikayətini qeydə alıblar: “Nazirlikdə adıma elektron kabinet açılıb, müraciətim ora da yerləşdirilib. Amma nə telefonlara, nə də 142 “qaynar xətt”-inə cavab verən yoxdur”.

Səməd Salmanov saytımız vasitəsi ilə nazirliyə müraciət edərək anlaşılmazlığın aradan qaldırılmasını xahiş edib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …