Ana səhifə / İqtisadiyyat / Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Los Ancelesdə konsert keçirilib – FOTOLAR
????????????????????????????????????

Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Los Ancelesdə konsert keçirilib – FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədər Los Anceles şəhərində geniş konsert keçirilib. Bakı şəhəri Nəsimi  rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 6-da keçirilmiş  konsert böyük  mədəniyyət hadisəsi kimi yadda qalıb.

Konsert, Los Ancelesin ən qədim və nüfuzlu incəsənət məkanlarından olan Orfeum Teatrında təşkil olunub. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqi və rəqslərimizdən əvəzsiz nümunələrin səsləndirilməsi və nümayişi, 2-minə yaxın tamaşaçı tərəfindən böyük rəğbət və gürultulu alqışlarla qarşılanıb.

Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və  Azərbaycanın  Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişlər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  çıxış edərək Ulu Öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında, eləcə də ölkəmizin tərəqqisində oynadığı əvəzsiz tarixi xidmətləri barədə danışıb. Qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa vaxt ərzində ölkədə  sabitliyin  yaradılmasına nail olmuş, bütün istiqamətlərdə yeni təşəbbüslərə start vererək, müasir Azərbaycanın tərəqqisinin təməlini qoymuşdur. Ümummilli Liderin daxli və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə, Azərbaycanın dünyanın ən sürətlə inkişaf eden və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini  bildirib. Daha sonra  bildirib ki, Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətini özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini  əhatə etməsində tapmışdır. A.Əsgərov qeyd edib: “İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü  – müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tuta bilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır”.

Sonra Heydər Əliyevin həyatını əks etdirən video-çarx tamaşaçaların diqqətinə təqdim olunub.
Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunub. Xalq artisti, professor Siyavuş Kərimin musiqi rəhbərliyi altında nümayiş etdirilən geniş repertuarda xalq mahnılarımızdan, muğamlarımızdan, dahi bəstəkarlarımızın ölməz əsərlərindən, solo ifaçılıq sənətimizdən və milli rəqslərimizdən ən gözəl nümunələrinə yer verilib. Bu səpkidə xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova və gənc müğənni  Arzu Əliyeva tərəfindən səsləndirilən rəngarəng mahnı və muğam təsnifləri , simfonik musiqi əsərləri, eləcə də gənc rəqqasə Röya Əliyevanın təqdim etdiyi şux rəqslər geniş tamaşaçı kütləsinin sözün əsl mənasında zövqünü oxşayıb.

Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən böyük məharətlə səslandirilən intrumental əsərlər isə böyük rəğbətlə qarşılanıb.

Konsertin sonunda bəstəkar Rauf Hacıyevin ölməz əsərlərindən olan məhşur “Azərbaycan” mahnısının sədaları altında rəqqasə Röya Əliyevanın Azərbaycan bayrağı ilə təntənəli rəqsi xüsusilə yadda qalıb.

Konsert tamaşaçıların sürəkli və gurultulu alqışları ilə qarşılanıb.

Konsertdən sonra Los Ancelesin siyasi – ictimai xadimlərinin, tanınmış mətbuat nümayəndələrinin, eləcə də xarici ölkələrin Los Ancelesdə akreditlə olunmuş baş konsul və fəxri konsullarının, həmçinin Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul keçirilib.

Həmçinin oxuyun

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar. Unikal.org-un araşdırmasına görə, …

Bir cavab yazın