Çərşənbə , Fevral 8 2023
Ana səhifə / İqtisadiyyat / Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 288,36 mln. manat və ya 24,8% azalaraq 875,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu aylıq müqayisədə 16,4 mln. manat və ya 1,8% azalıb. İlin əvvəlindən isə bu göstərici 328,66 mln. manat və ya 27,3% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 5,9% təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 0,1 faiz bəndi, ilin əvvəli ilə 2 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 2,2 faiz bəndi azdır.

Həmçinin oxuyun

“Bazarstore”də yüksək vəzifə tutan Türkiyə vətəndaşının iş icazəsi ləğv olundu

Dövlət Miqrasiya Xidməti Türkiyə vətəndaşı olan Kocabey Suata Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.Yeniavaz.com xəbər …