Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Nə diyorsun ulan sən…” – Baş Qərargah rəisinin generalla olan söhbəti yayıldı

“Nə diyorsun ulan sən…” – Baş Qərargah rəisinin generalla olan söhbəti yayıldı

Türkiyədə mətbuat Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akarın 15 iyul baş tutmayan hərbi çevriliş cəhdi ilə bağlı şahid qismində istintaqa verdiyi ifadənin mətnini yayıb.

General Akar çevrilişə əl atanlardan general Mehmet Dişli ona “komandanım, əməliyyat başlayır, hamını içəri alacağıq. Batalyonlar, briqadalar yola çıxdı, bir az sonra görəcəksiniz” deyib.

“Mən əvvəlcə nədən bəhs etdiklərini anlamadım, sonra söhbətin nədən getdiyini başa düşdüm və hiddətlə “Nə diyorsun ulan sən, nə operasyonu, sən manyakmısın, sakın” deyə bağırdım. Arxam qapıya tərəf olduğundan Baş qərargah rəisinin müavininin harada olduğunu görmədim, digər komandanların harada olduqlarını soruşdum. “Həyacanlanmayın, rahat olun, gələcəklər” kimi sözlər söylədilər. Mənim səninlə, bu işin içində olan bir başqası ilə heç bir işim ola bilməz, sən mənimlə nə biçim danışırsan, kim bunlar, siz kimsiniz” kimi sualları davamlı olaraq hiddətlə verirdim. Çox qəzəblənmişdim”-general ifadəsində nəql edib.

Hulusi Akarın dediyinə görə o, çevriliş cəhdində iştirak edən generallara böyük bataqlığa batdıqları barədə xəbərdarlıq edib, heç olmasa başqalarını da bu işə bulaşdırmamağı, ölüm-qalım olmadan əl atdıqları təşəbbüsü dayandırmalarını deyib.

b 8585

Baş qərargah rəisinin ifadəsində deyildiyinə görə, Akıncı 4-cü Əsas Hava Bazasının komandanı, general Hakan Evrim ona “istərsiniz sizi qənaət öndərimiz Fetullah Gülənlə görüşdürərik” deyib. “Mən heç kimlə görüşmürəm” deyib ona sərt cavab verdim. Ardınca general Akın Öztürk xaric (hərbi çevriliş cəhdinin lideri kimi təqdim olunur-red) qalanları otağı tərk etdilər”-generalın ifadəsində deyilir.

Akarın dediyinə görə onu Akıncı bazasında girov saxlayan qiyamçılar prezident Ərdoğanın Atatürk hava limanında çıxış etdiyini eşidəndə dilxor olublar.“Savaşdan betər etdiniz, gedin təslim olun” dedim. Vaxt irəlilədikcə çevrilişçilərin əhvalı korlandı. Akın Öztürkə israrla “onları bu işdən vaz keçir” deyirdim. “Tamam, komandanım, biz əl çəkirik” dedilər. Məni prezidentlə və ya baş nazirlə görüşdürəcəklərini dedilər. Təşəbbüsə son verdilər”-Hulusi Akar deyib.

B 9910

Hulusi Akar Türkiyə silahlı qüvvələrində AKP-yə sadiq general hesab edilir. O, mülki litsey bitirən və Baş qərargah vəzifəsinə qədər yüksələn yeganə generaldır. Hərbi karyerası o qədər də parlaq deyil. Vaxtaşırı olaraq onun Fətullah Gülən camaatı ilə bağlılığı haqda iddialar da gündəmə gəlib. Akarın karyera yüksəlişi “Ergenekon” və “Balyoz” əməliyyatları ilə Türkiyə ordusunun nüfuzlu komandanlarının sıradan çıxarılması dövrünə təsadüf edib. 15 iyul çevriliş cəhdində qiyamçıların onu girov götürdüyü və boğazını kəmərlə sıxdığı bildirilir. Bununla belə bir çoxları Akarın həmin çevriliş cəhdindəki rolu haqda ehtimallar irəli sürür.  (azpolitika.info)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın