Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Myanmadan daha bir dəhşətli addım

Myanmadan daha bir dəhşətli addım

Myanma hökuməti Banqladeşlə sərhədə mina döşəyir.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Banqladeş hökumətinin mənbələri məlumat yayıb. Bildirilir ki, artıq 3 gündür sərhəddəki hasar boyu minalama prosesi gedir. Mənbələrdə qeyd edilir ki, Banqladeş tərəfi bu barədə foto faktlar sayəsində xəbər tutub: “Sərhəd keşikçiləri tikanlı məftilli hasarın yaxınlığında işləyən 3-4 qrup görüblər. Onlar torpağa nəsə basdırırdılar. Sonra biz öyrəndik ki, onlar mina yerləşdirirlər”.

Banqladeş sərhədçilərdən biri məlumatı təsdiqləyib və çərşənbə axşamı Myanma tərəfdə partlayış səsi eşidildiyini, ayaqlarını itirən iki uşağın onların ərazisindəki xəstəxanaya çatdırıldığını deyib.

Məsələyə Banqladeş tərəf ciddi etiraz edib. Belə ki, ölkə bu gün sərhəd yaxınlığında minaların quraşdırılmasına qarşı rəsmən çıxış etməyə hazırlaşır.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …

Bir cavab yazın