Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Myanma qaçqınlarının sayı 300 min nəfərə çata bilər

Myanma qaçqınlarının sayı 300 min nəfərə çata bilər

Myanmadan Banqladeşə qaçan Rohinca müsəlmanlarının sayı əvvəlki rəqəmləri iki dəfə üstələyə və təqribən 300 min nəfər təşkil edə bilər.

RİA “Novosti” xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Banqladeş üzrə nümayəndəsi Dipayan Bxattaçariyaya istinadən “Reuters” məlumat yayıb.

Bundan əvvəl açıqlanan rəqəm 146 min nəfər təşkil edirdi.

O bildirib ki, daha yüksək rəqəm həddinə əsaslanaraq, ÜƏP 4 ay ərzində 300 min qaçqının yüksək kalorili biskvit və düyü ilə təmin edilməsi üçün əlavə olaraq 13,3 milyon dollar vəsaitə ehtiyac duyacaq.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın