Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / İqtisadiyyat / Muzdla işləyənlərin 7,5 faizi tikinti sahəsində çalışıb

Muzdla işləyənlərin 7,5 faizi tikinti sahəsində çalışıb

2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 526,3 min nəfər olub. Onlardan 875,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 7,5 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi ilə məşğul olublar.

Muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 524,7 manat təşkil edib.

İqtisadiyyatın tikinti sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Həmçinin oxuyun

“Fermerlərə bu şərtlə güzəştli kredit veriləcək” – Komitə sədri

“Ölkədə həyata keçirilən hər bir tədbir və ayrılan vəsaitlər aqrar sahənin inkişafına və fermerlərin fəaliyyətinin …