Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Müxalifətin lideri Ərdoğanı Koroğlu ilə vurdu

Müxalifətin lideri Ərdoğanı Koroğlu ilə vurdu

“İki milyon yarım səsin hara getdiyi bəlli olmayan referendumdan sonra prezident Ərdoğan dedi ki, atı alan Üsküdarı keçib. Mən indi buradan prezidentə cavab verirəm. Əslində Üsküdarı keçən atı minən deyil, oğurlanan atını geri alan Koroğludur. Tarix isə oğruları heç vaxt yazmayacaq”.

Sputnik Azərbaycan “Sözcü”-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Respublikaçı Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib. Müxalifətin lideri türk xalqına müraciət edərək onları “saxta referenduma qarşı etiraz səslərini çıxarmağa” çağırıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın