Ana səhifə / İqtisadiyyat / Müharibədən sonra yaşayış evlərinin tikintisi sürətlə azalır

Müharibədən sonra yaşayış evlərinin tikintisi sürətlə azalır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 725,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5% çox vəsait yönəldilib.
İstifadə olunan vəsaitin 805 milyon manatı və ya 5,1%-i yaşayış evlərinin tikintisinə sərf olunub.
Məlumat üçün bildirək ki, son 5 ildə yaşayış evlərinin tikintisinə sərf olunan vəsaitin məbləği hər il davamlı olaraq azalır.
Aşağıdakı cədvəldə son 5 ilin yanvar-noyabr aylarında yaşayış evlərinin tikintisinə sərf olunan vəsaitin məbləği və onun ümumi investisiyalardakı payı qeyd olunub.

Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, işğaldan azad olunan ərazilərdə tikinti-quraşdırma işləri başladıqdan sonra yaşayış evlərinin tikintisinə sərf olunan vəsait davamlı olaraq azalır.
Onu da qeyd edək ki, əvvəlki illərdə açıqlanan rəsmi məlumatlarda tikilən yaşayış evlərinin sahəsi də qeyd olunurdu. Yeniavaz.com saytı açıqlanan bu məlumatlar əsasında yaşayış evlərinin maya dəyərini hesablayaraq oxuculara təqdim edirdi və məlum olurdu ki, yaşayış evlərinin maya dəyəri bazardakı satış qiymətlərindən çox aşağıdır. Lakin, 2019-cu ildən etibarən açıqlanan rəsmi məlumatlarda tikilən yaşayış evlərinin sahəsi gizli saxlanılır və bu səbəbdən yaşayış evlərinin maya dəyərini müəyyən etmək olmur.

Maya dəyəri 311 dollar olan mənzillər Bakıda dəfələrlə baha satılır

Mənzillərin 1 kvadrat metrinin maya dəyəri 553 manat olub

Yaşayış evlərinin 1 kv. metrinin maya dəyəri barədə RƏSMİ AÇIQLAMA

Həmçinin oxuyun

Anar Məmmədov Londondakı KFC şəbəkəsini alandan sonra restoranlar zərərlə işləməyə başlayıb

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən …