Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / “Müharibə bitdi, amma Zakir Fərəcov hələ də bizim pulumuzu vermir”

“Müharibə bitdi, amma Zakir Fərəcov hələ də bizim pulumuzu vermir”

Uzun müddətdir ki, Sumqayıtda aparılan abadlıq işlərilə bağlı pullarını Sumqayıtın icra başçısı Zakir Fərəcovdan ala bilməyən bir qrup vətəndaş Azinforum.az vasitəsilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova müraciət ediblər.

Sahibkaralar bildirirlər ki, bununla bağlı şikayət etmədikləri instansiya qalmayıb. Buna baxmayaraq, Zakir Fərəcov hələ də onlara çatacaq vəsaiti ödəmək istəmir: “Ölkədə müharibə getdiyi müddətdə biz şikayətlərimizi ictimailəşdirməyi davam etdirməyə lüzum görmədik. Şükürlər olsun ki, Ali Baş Komandamızın müdrik siyasəti nəticəsində müharibə bizim qələbəmizlə yekunlaşdı. Bizim hamımızın da yaxınları , doğmaları müharibədə iştirak edirdi. Biz həmin ailələrə və ümumilikdə Ordumuza yardımlar etmək istəsək də, buna maddi imkan tapa bilmədik. Elə həmin müddətdə də Zakir Fərəcova etdiyimiz müraciətlər cavabsız qaldı. İcra başçısı müharibə dönəmində başının həddən artıq qarışıq olduğunu deməklə, bizə bir qəpik də olsun ödəniş etmədi. Çox xahiş edirik ki, bizim dərdimizə çarə tapasınız”.

Mediaya təqdim olunan və bir çox KİV-lər tərəfindən ictimailəşdirilən məlumatlardan məlum olur ki, şəhərin əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər.

Sahibkarlar bildirirlər ki, onlar başçıdan  “dövlət mənə nə pul verib ki, mən də ondan sizə verim. Gedin kimə şikayət edirsiz edin” sözlərini eşidirlər.  Həddini aşan sahibkarlarabaşçı indidən özləri üçün “suxarı” tədarükü  görməyi “tövsiyə” edir. Yəni məhbəs həyatına hazırlaşmaqla hədələyir.

Səslənən iddialarla bağlı Zakir Fərəcovun da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …