Çərşənbə , İyul 17 2019
Ana səhifə / İqtisadiyyat / Müğənni heyvanları geyindirib yaxtada gəzdirdi – Qurban bayramına görə+Fotolar

Müğənni heyvanları geyindirib yaxtada gəzdirdi – Qurban bayramına görə+Fotolar

Türkiyəli müğənni Aydın Aydın Qurban bayramı ərəfəsində bir keçi və bir qoçu Bodrumda lüks yaxtaya mindirərək dənizdə gəzinti edib.

Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, müğənni heyvanların başına papaq, üstlərinə rəngli alt paltarları geyindirib. Daha sonra o, heyvanlarla Paşatarlası sahilinə enərək, “lejanka”da uzanaraq günəş vannası qəbul edib. Müğənni keçi ilə qoça “Coca-Cola” da içizdirəndən sonra dənizdə çimib.

Qeyri-adi hərəkətləri ilə ətrafdakı insanları təəccübləndirən A. Aydın “Allah bu heyvanları bizə savab qazanmağımız üçün göndərib. Mən də bu gözəl heyvanların sonuncu dəfə gəzmələri və son günlərini yaxşı yaşamalarını istədim. Buna görə də əvvəlcə sahildə günəş vannası qəbul etdik, sonra yaxtada gəzdik, daha sonra dənizdə çimib sərinlədik”,- deyə bildirib.

Müğənni heyvanları geyindirib yaxtada gəzdirdi -  Qurban bayramına görə+Fotolar
Müğənni heyvanları geyindirib yaxtada gəzdirdi -  Qurban bayramına görə+Fotolar
Müğənni heyvanları geyindirib yaxtada gəzdirdi -  Qurban bayramına görə+Fotolar

Həmçinin oxuyun

Pomidor böhranı necə həll olunacaq? – ŞƏRH

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə …

Bir cavab yazın