Bazar , Sentyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər…

Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər…

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilən (FETÖ-çu ittihamı ilə) azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri London məhkəməsinin qərarı əsasında dondurulur.

Mənsimovun İstanbulda mənzillənən gəmiçilik konqlomeratının aktivləri son 20 il ərzində Maltada yerləşirdi. Çünki bu ölkə gəmiçilik sahəsində xeyli liberal qanunlar tətbiq edir. Lakin Mənsimov həbs edildikdən sonra onun Maltadakı aktivlərinin də kütləvi şəkildə dondurulması prosesi başlayıb.

Bu aktivlər isə onlarla gəmidən və şirkətlərdən ibarətdir. Nəşr onların siyahısını da dərc edib: “Palmali İnternational Holding Company”, “Palmali İnternational Holding Two”, “Palmali Logistics”, “Palocean Shipping”, “Paloffshore Oil Services”, “Palriver Shipping”, “Palsea Shipping”, “Tampal Trade”,“Pal Food”, “Palchem ​​Holding” , “Palmali Dry Cargo”, “Palmali Voyager”, “Caspian Holding”, “Pal Air”, “Pal Gas Holdling”, “Barge Oil Services”, “GMM Shipping & Trading” və GMM Holding.

2020-ci ilin may ayında London Yüksək Məhkəməsinin çıxardığı hökmə əsasən “Palmali” holdinqinin bütün dünya üzrə aktivləri dondurulur. Hökmə əsasən əgər Mənsimov və onun şirkətinin katibi Coan Spiteri hansısa aktivi satsa bu məhkəməyə hörmətsizlik kimi qiymətləndiriləcək. Spiteri artıq 2020-ci ilin aprelində şirkətdən istefa verib. Məhkəmə hökmü Rusiyanın “Sberbank”ının iddiası əsasında çıxarılıb. “Palmali” şirkətinin banka yüz milyonlarla dollar borcu var. Məhkəmə habelə Mənsimovun İngiltərədəki 261 milyon dollarlıq aktivlərinə də həbs qoyub.  /Virtualaz.org

Həmçinin oxuyun

Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib …