Azinforum.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dava günlərdir ölkə gündəmini zəbt etmiş və dünən Fatih Terim milli komandadan ayrıldığını açıqlamışdı.

Bu gün isə maraqlı bir foto paylaşılıb. Belə ki, ”Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım Səlahəddin Aydoğdunun restoranına gedib.

Onun yanında azərbaycanlı biznesmen Mübariz Mənsimov də yer alıb.

Yıldırımın bu ziyarəti isə sosial mediada birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun bu hərəkətlə Terimlə Aydoğdu arasındakı davada tərəfini seçdiyini bildirib.