Şənbə , Yanvar 22 2022
Ana səhifə / İqtisadiyyat / Müəmmalı “parkovka” problemi: bu pulların arxasında böyük güclər dayanır

Müəmmalı “parkovka” problemi: bu pulların arxasında böyük güclər dayanır

“Şəhərdə nəqliyyat parklanmasının vəziyyəti isə nəinki düzəlir, əksinə, günü-gündən dözülməz həddə çatır”.
Bunu vəkil Aslan İsmayılov Bakıda “parkovka”dan yığılan pulların aqibətindən danışarkən deyib. Vəkil şəhərdə nəqliyyatın hərəkətinin iflic olduğunu bildirib:
“Bir çoxları məktublarda şəhərin 4 tərəfində su boçkası, dəmir-taxta parçası düzüb “burda saxlamaq olmaz, bura 2 manatdır, bura 5 manatdır” deyən “parkovşik”lərdən gileylənir. Hətta ümumi istifadədə olan küçələri aylıq kirayəyə verənlərdən də yazırlar. Digər tərəfdən isə BNA-nın, DYP-nin cərimələri. Yadıma gəlir, BNA sədri Vüsal Kərimli açıq demişdi ki, Bakıda parklanmalardan yığılan pullar qanunsuzdur və bu pulların da arxasında böyük güclər dayanır. Bu sahədə illərdir ki, milyonlarla vəsait ayrılır və yekunda milyonlarla vəsait həm dövlət büdcəsindən, həm də birbaşa xalqdan alınıb kimlərinsə ciblərinə gedir”. 

Həmçinin oxuyun

Qiymət artımının qarşısını almaq üçün hökumətin əlində xeyli alətlər var – Eksper

“Azərbaycan bazarında qiymət artımları isiqamətində təzyiqləri formalaşdıran kifayət qədər fərqli detonatorlar var. Hansı ki, bunlardan …