Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Mosulda dəhşət – İŞİD Peyğəmbərin qəbrini partlatdı

Mosulda dəhşət – İŞİD Peyğəmbərin qəbrini partlatdı

Mosulda dəhşət-İŞİD Peyğəmbərin qəbrini partlatdı
İŞİD Mosulda dəhşətli terror aktı törədib. Mosulda Həzrə Yunus Peyğəmbərin qəbri partladılıb.
İraqın Mosul şəhərinə nəzarət edən İŞİD terrorçuları Həzrət Yunus Peyğəmbərin türbəsini və məscidi partladıb. 3 həftə əvvəl də terrorçular Yunus Peyğəmbərin qəbrini raketlə partlatmışdılar. İraqda bəzi şəhərləri ələ keçirən terrorçular dinə uyğun olmadığı iddiası ilə bir çox türbələri partladırlar. Mosulda isə Həzrət Yunus Peyğəmbərin türbəsi dinamitlə partladılıb.
Partlayışdan əvvəl terrorçular türbənin ətrafındakı əraziləri boşaldıblar. Partlayışdan sonra isə türbənin yanındakı bəzi evlər də ziyan çəkib. Dünən isə terrorçular Mosudakı 1400 illik İmam Yəhya Ebul Kasım məscidini dağıtmışdılar.
Qeyd edək ki, Həzrət Yunus Peyğəmbərin türbəsi eramızın 700-cü illərində inşa edilib.(olke.az)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın