Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / “Mossad”ın sabiq şefi: “Rusiyaya bilərəkdən məxfi məlumatlar sızdırırıq”

“Mossad”ın sabiq şefi: “Rusiyaya bilərəkdən məxfi məlumatlar sızdırırıq”

“İsrail kəşfiyyatına məxsus məlumatların Rusiyaya sızmasını düşünmürəm”.

Strateq.az “Jerusalem Post” istinadla xəbər verir ki, bunu “Mossad”ın sabiq rəhbəri Denni Yatom bildirib.

D.Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri M.Flinnin istefası dalğasında ortaya çıxan ehtimalları şərh edən D.Yatom deyib: “Flinn çox təcrübəlidir. Heç kim onun rus xəfiyyəsi olduğunu düşünmür. O, yetərincə ağıllı adamdır”.

“İsrailə aid məfxi məlumatların Rusiyaya sızmasına görə narahat olmağa dəyməz. Bəzən özümüz Rusiyaya bilərəkdən məxfi məlumatlar veririk. Əlbəttə, təhlil aparmağa imkan verən istinad materiallarını yox. Biz, məsələn, İrana güvənməməyə inandırmaq üçün Rusiyaya gizli informasiyalar veririk. Materiallar bəzi hallarda onlara birbaşa, bəzən də ABŞ vasitəsilə ötürülür. Amma biz bunu ağıllı üsulla edirik ki, mənbəyi aydınlaşdıra bilməsinlər”.

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …

Bir cavab yazın