Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / MOSSAD agentlərinin Türkiyədə görünməmiş təhlükəsizlik tədbirləri

MOSSAD agentlərinin Türkiyədə görünməmiş təhlükəsizlik tədbirləri

“Mossad” kəşfiyyat xidmətinin agentləri İsrailin qadınlardan ibarət milli basketbol komandasını qorumaq üçün Ankaraya gəlib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, noyabrın 21-də yerli vaxtla saat 20:00-da bu ölkənin millisi 2017 FIBA Qadınlar Avropa Çempionatı qrup mərhələsinin H qrupunda İsrail ilə oynayacaq.

İsrail milli komandası dünən axşam saatlarında “Mossad” Kəşfiyyat Xidmətinin 60 agenti ilə birlikdə Ankaraya gəlib. “Mossad”ın agentləri əvvəlcə idmançıların qalacağı otelin otaqlarını bir-bir yoxlayıblar.

Bundan sonra otelin içərisində və çölündə təxminən 100 polis əməkdaşı ilə “Mossad”ın 60 agenti təhlükəsizlik tədbiri alıb. Sabah axşam oynanacaq matçla əlaqədar görüləcək təhlükəsizlik tədbirləri isə bunlardır:

– Matç öncəsi idman zalı və ətrafı ətraflı şəkildə axtarılacaq.

– Salon daxilində və xaricində cəmi 1500 polis keşik çəkəcək, 500 polis isə hazır vziyyətdə saxlanılacaq.

– 350 xüsusi təhlükəsizlik əməkdaşı salon içində təhlükəsizliyi təmin edəcək.

– Avtomobillərin oteldən salona, salondan otelə və oteldən hava limanına gedişlərində hər cür təhlükəsizlik tədbiri 200 nəfərlik bir qrupla təmin olunacaq.

– Digər tərəfdən, israilli idmançıların qarşısında “Mossad”ın 2 agenti ilə çox sayda mülki polis dəqiqəbədəqiqə mühafizəni təmin edəcək.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın