Cümə , Noyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Moskvada türk bayraqlarını yandırdılar

Moskvada türk bayraqlarını yandırdılar

Rusiya paytaxtında Türkiyəyə qarşı daha bir demarş olub. Bu dəfə türk bayraqları yandırılıb.

Virtualaz.org saytı xəbər verir ki, hadisə futbol üzrə Rusiya çempionatının XVIII turu çərçivəsində keçirilən “Spartak” (Moskva)-“Krılya Sovetov” oyunu zamanı baş verib.

Moskva klubunun azarkeşləri türk bayraqlarına elə tribunalarda oda vurublar. Bu barədə “Ultra Sever” adlı fan-klub özünün Twitter səhifəsində məlumat yayıb.

Məlumatda o da bildirilir ki, rusiyalı fanatlar türk bayraqlarını oyunun 60-cı dəqiqəsində –  “Spartak”ın və Ermənistan yığmasının erməni hücumçusu Yuri Movsisyan meydana çıxanda yandırmağa başlayıblar.

Xatırladaq ki, türk F-16-ları Türkiyənin hava məkanını pozmuş Rusiya Su-24 bombardmançısını vurandan sonra iki ölkə arasındaakı münasibətlər xeyli gərginləşib. Rusiya ilə Türkiyə arasında hazırda faktiki olaraq psixoloji, siyasi-diplomatik və iqtisadi müharibə gedir.

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …

Bir cavab yazın