Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Moskvada tacik vətəndaşı hücuma məruz qaldı, Tacikistan Rusiyaya nota verdi

Moskvada tacik vətəndaşı hücuma məruz qaldı, Tacikistan Rusiyaya nota verdi

Xəbər verildiyi kimi, aprelin 8-də Moskva metrosunda tacik vətəndaşı hücuma məruz qalıb.

Tacikistan rəsmiləri Moskvada tacik vətəndaşına edilmiş hücumu Rusiyadan ədalətlə araşdırmağı tələb ediblər.

Hadisə ilə əlaqədar Tacikistan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota ünvanlayıb.

Zərərçəkənin qohumları hesab edir ki, hücum milli ədavət zəminində baş verib.

Tacikistan vətəndaşına hücüm etməkdə ittiham olunaraq saxlanan şəxs qətl törətmək cəhdində ittiham olunur.

Rusiya cinayət məcəlləsinin müvafiq maddəsinə görə o, azadlıqdan 15 il müddətinə məhrum edilə bilər.

İstintaqın materiallarına əsasən, həmin şəxs Tacikistan vətəndaşına travmatik tapançadan atəş açaraq, başından 2 güllə vurub.

Zərərçəkən 38 yaşlı tacikistanlı miqrant Sulaymon Səidov xəstəxanaya yerləşdirilib.

Onun ağır vəziyyətdə olduğu, aldığı yaralardan görmə qabiliyyətini itirə biləcəyi deyilir.

Şübhəli qismində saxlanılmış 59 yaşlı Moskva sakini hazırda həbs altında qalmaqdadır (BBC).

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın