Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Moskvada Jirinovskinin heykəli ucaldıldı – FOTO

Moskvada Jirinovskinin heykəli ucaldıldı – FOTO

Tucdan olan heykəlin hündürlüyü 3 metrdir.
Rusiyanın paytaxtı Moskvada Liberal Demokrat Partiyasının Sədri Vladimir Jirinovskinin heykəli ucaldılıb.
 
ANS PRESS-in məlumataına görə,  təntənəli açılış mərasimi çar himninin sədaları altında baş tutub. 3 metr hündürlüyü olan abidənin qurucusu Zurab Seretelidir.
Siyasətçinin tuncdan heykəli dünya svilizasiya insitutunun həyətində ucaldılıb. Birmənalı qarşılanmayan çıxışları ilə daim mətbuatın gündəmində olan Jirinovskinin heykəli onun 70 illik yubileyinə həsr edilib.
Onun ad gününün 25 apreldə olmasına baxmayaraq rəsmi açılış bu gün həyata keçirilib.  Maraqlısı budur ki, Sereteli Jirinovski üçün iki heykəl hazırlayıb. Birinci abidə Vladimir Jirinovski tərəfindən bəyənilib və o, heykəltaraşdan heykəlin surətini çıxarmasını xahiş edib.
Volqoqrad vilayəti Jirnovsk rayonu sakinləri daha da irəli gedərək rayonun adını dəyişməyi, “i” hərfini əlavə edərək onu Jirinovski etməyi təklif edib. Təklif siyasətçi tərəfindən bəyənilib.
Vladimir Jirnovskinin heykəli

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın