Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Moskvada 400-dən, Sankt Peterburqda isə 300-dən çox aksiyaçı saxlanılıb – Rusiyada etirazlar + FOTOLAR

Moskvada 400-dən, Sankt Peterburqda isə 300-dən çox aksiyaçı saxlanılıb – Rusiyada etirazlar + FOTOLAR

Moskvada və Sankt Peterburqda korrupsiyaya qarşı icazəsiz etiraz aksiyalarında yüzlərlə etirazçı həbs edilib, OVD-Info adlı qeyri-hökümət təşkilatı bildirib.

Moskvanın mərkəzində polis aksiya iştirakçılarını bir-bir həbs edir,

Mia.az xəbər verir ki, bu barədə BBC müxbiri Sarah Rainsford deyib.

OVD-Info birliyinin Rusiya mediasına dediyinə görə, 400-dən çox insan Moskvadakı aksiyalarda həbs edilib.

Sankt Peterburqda isə 300-dən çox iştirakçı saxlanılıb.

Bunu Fontanka.ru xəbər saytı bildirib.

Polis Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsindəki aksiyanı demək olar ki təmizləyib, amma Püşkin küçəsində hələ də iştirakçılar qalıb, müxbirimiz deyir.

Həbs edilənlərin çoxu gənclər, yeniyetmələrdir, müxbirimiz əlavə edib.

Navalnı aksiyalardan öncə həbs edilib

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada korrupsiyaya qarşı icazəsiz etiraz aksiyasından öncə evdə həbs edilib, onun həyat yoldaşı bildirib.

“Aleksey binamızın blokunda həbs edilib”, Yuliya Navalnı Twitter-də bildirib.

O həmçinin deyib ki, “bizim planlarımız dəyişməyib”.

Cənab Navalnıya əvvəlcə bazar ertəsi günü başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları “təhqir etmək üçün” təyin etdiyi yeri dəyişmək qərarına gəlib.

Hazırda gedən etirazlar fonunda azı 100 nəfərin həbs edildiyi deyilir.

Moskvada Tverskaya küçəsində etirazçılar həbs edilibMoskvada Tverskaya küçəsində etirazçılar həbs edilib

Dojd müstəqil televiziya kanalının Sankt Peterburqdan canlı yayımında etirazçıların aksiyanı dağıtmağa çalışan polislərə “utan” dediyi eşidilib.

Həbs edilənlər arasında şəhərin qanunvericilik assambleyasının direktor müavini Maksim Reznik də var.

Məşhur fəal Daniil Ken də Sankt Peterburqda evini tərk edən zaman həbs edilib, amma insanları Twitterdə “mənim üçün qatılın” yazaraq etirazlara qatılmağa çağırıb.

Baş prokurorluq polisin icazəsiz aksiyalara qarşı tədbirlər görəcəyini bildirib.

Artıq Rusiyanın şərqində bir neçə kiçik etiraz aksiyalarının keçirildiyi və nəticədə bir neçə nəfərin həbs edildiyi deyilir.

Vladivostok şəhərində azı 10, Blagoveşçenskdə 4 və Kazanda isə azı bir nəfər həbs edilib.

Kremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyibKremlin yaxınlığında yerləşən Tverskaya küçəsində etiraz üçün icazə verilməyib

Cənab Navalnının bundan əvvəl – mart ayında təşkil etdiyi etiraz aksiyaları yüzlərlə insanın həbsilə nəticələnib.

Bu etirazlar 2012-ci ildən indiyədək keçirilən ən iri aksiyalar idi və yeniyetmələr daxil olmaqla minlərlə iştirakçını cəlb etmişdi.

Etirazların səbəbi cənab Navalnının Baş nazir Dmitri Medvedev barədə dərc etdiyi korrupsiya iddiaları idi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın