Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Moskva Gürcüstanla viza rejiminin ləğvi şərtlərini açıqladı
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

Moskva Gürcüstanla viza rejiminin ləğvi şərtlərini açıqladı

Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə danışmaq hələ tezdir.

“RİA Novosti” bildirir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki müzakirələr zamanı deyib.

“Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır”, – deyə rusiyalı nazir qeyd edib.

Nazir əlavə edib ki, viza rejiminin daha da yüngülləşdirilməsi barədə iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə danışmaq mümkün olacaq.

S.Lavrov həmçinin diqqəti ona yönəldib ki, iki ölkə arasında əmtəə dövriyyəsi artır, aviareyslərin sayı çoxalır və Gürcüstan vətəndaşları “praktik olaraq hər hansı səbəbə görə” Rusiyaya gələ bilirlər.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın