Ana səhifə / İqtisadiyyat / Monteneqro NATO-ya rəsmi üzv oldu

Monteneqro NATO-ya rəsmi üzv oldu

Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.

TASS agentliyinin verdiyi xəbərə görə, bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentin binasında xüsusi mərasim keçirilib.

Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.

Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Qeyd edək ki, 2016-ci il mayın 19-da NATO-ya daxil olan ölkələr Monteneqronun alyansın tərkibinə daxil olması ilə əlaqədar sənəd imzalamışdılar.

Monteneqro parlamenti isə həmin sənədi 2017-ci il aprelin 28-də ratifikasiya edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın