Ana səhifə / İqtisadiyyat / Moldovanın maliyyə nazirinin üstünə bir vedrə süd tökdülər –VİDEO

Moldovanın maliyyə nazirinin üstünə bir vedrə süd tökdülər –VİDEO

Moldovanın maliyyə naziri Oktavian Armaşunun üzərinə bir vedrə süd tökən mülki fəal Andrey Donike 25 sutka həbsdə keçirəcək

Oxu.Az İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu qərarı bazar ertəsi Kişinyovun Buyukan sektorunun məhkəməsi qəbul edib.

Videomaterialda ekssentrik etiraz metodları ilə tanınan mülki fəal Andrey Donikenin arxadan yanaşaraq nazirin üzərinə yarım vedrə süd tökdüyü görünür. Armaşu üzünü ona tərəf çevirdiyi zaman Andrey qalan südü nazirin üzünə çırpıb.

“Utanmağınız üçündür. Siz mənə və övladlarıma milyard avroluq borc yükləmisiniz. Maliyyə naziri olaraq istefa verməlisiniz”, – Donike bəyan edib.

Özünü itirmiş nazir xuliqanlıq hərəkəti edən fəalla mübahisə etməyə başlayıb: “Sizi ödənişə heç kəs vadar etmir, heç vaxt üzərinizə borc yükü qoyulmayıb”.

Nazir tərəfindən sentyabrın 30-da şikayət daxil olduqdan sonra baş verən hadisənin tədqiqinə başlanıb. Cinayət işi açılıb, qanun pozucusu saxlanılıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın