Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Mogerini: “Rusiyanın Hələbdəki davranışları qəddarlıqdır”

Mogerini: “Rusiyanın Hələbdəki davranışları qəddarlıqdır”

“Avropa İttifaqının bütün üzvləri razıdır ki, Rusiyanın Hələbdəki davranışları qəbuledilməz qəddarlıqdır”.

APA-nın məlumatında görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində deyib. O bildirib ki, bu məsələ ilə bağlı Aİ daxilində fərqli fikir yoxdur: “Biz o fikirlə də razıyıq ki, istər Suriya, istərsə başqa məsələlərlə bağlı Rusiya ilə açıq siyasi kanal mövcud olmalıdır“.

Hal-hazırda Suriyaya edilə biləcək ilk yardımın bu ölkənin bombalanmasına son qoyulması olduğu söyləyən F. Mogerini İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, Livan, Qətər, BƏƏ kimi regional oyunçular, eləcə də Suriya müxalifətinin müxtəlif qurumları, vətəndaş cəmiyyətinin digər qüvvələri ilə birbaşa dialoq apardığını vurğulayıb: “Biz dörd sualla ümumi cavablar axtarırıq: Suriyanın birliyi necə olmalıdır? İdarəçiliyin hansı forması müəyyən edilməlidir? Barışıq prosesini necə aparmaq lazımdır? İqtisadi nöqteyi-nəzərdən ölkəni necə bərpa etmək olar?..“

F. Mogerini qeyd edib ki, Suriyanın bərpasına külli miqdarda vəsait lazım olacaq: “Ola bilər, Moskva və Vaşinqtonda düşünürlər ki, müharibə bitdikdən sonra kitabın bu fəsli bitmiş olacaq. Lakin biz belə düşünmürük”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın