Bazar , Yanvar 29 2023
Ana səhifə / İqtisadiyyat / Mobil operatorlar ötən ilin 11 ayında 948 milyon manat gəlir əldə edib

Mobil operatorlar ötən ilin 11 ayında 948 milyon manat gəlir əldə edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4 % artaraq 2 433,7 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu xidmətlərin 73,3 %-ni əhali istehlak edib.

Xidmətlərdən əldə edilən gəlirin 38,9 %-i və ya 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Həmçinin oxuyun

DSMF bu şəxsdən daha bir ofis icarəyə götürdü – Bu dəfə 417 minə…

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi …