Ana səhifə / İqtisadiyyat / Misir müftisi Mursi barədə edam qərarını təsdiqləyib

Misir müftisi Mursi barədə edam qərarını təsdiqləyib

Eks-prezident casusluq ittihamı ilə edam oluna bilər.

Misir müftisi Şevki Allam eks-prezident Məhəmməd Mursi barədə edam qərarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə İranın Təsnim Xəbər Agentliyi Misir mənbələrinə istinadən məlumat yayıb. Misir qanunlarına görə, məhkəmənin çıxardığı edam qərarını ölkənin baş ruhanisi, yəni müfti təsdiqləməlidir. Artıq müftinin Mursi barədə çıxarılmış edam qərarını təsdiqləyən hökm gizli şəkildə hökumət orqanlarına bildirilib.

Qeyd edək ki, M.Mursi və eləcə də “Müsəlman Qardaşlar” Hərəkatının digər liderləri Assam əl-Aryan və Səid əl-Ketatani barədə Qahirə Cəza Məhkəməsinin ötən il çıxardığı edam qərarı təsdiqlənməsi üçün Misirin müftisinə göndərilib. Misirin eks-prezidenti, 2012-13-cü illərdə ölkəyə rəhbərlik etmiş “Müsəlman Qardaşlar” Hərəkatı nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub. Ona qarşı bir sıra cinayətlərdə iştirakla bağlı ittiham verilib. Bunlar casusluq, inqilab zamanı həbsxanadan adam qaçıqılmasını təşkil etmək və sair. Mursinin casusluqda ittiham olunduğu məhkəmə prosesində 90-dan artıq məhkəmə iclası keçirilib.

Məhkəmənin eks-prezident barədə edam qərarı dünyada böyük etiraza səbəb olub. BMT və bir sıra dünya ölkələri bu qərarı qınayıb və tətbiq edilməməsinə çağırıblar. Gözlənilir ki, qərarın elan edilməsi Misirdə ciddi etiraz aksiyalarına səbəb olacaq. Daha öncə məhkəmə qərarları böyük etiraz aksiyaları və polislə qarşıdurmalarla müşayiət olunmuşdu.

Misir rəhbərliyinin Mursi və tərəfdarlarını edam etməsi dünyanın reaksiyasından asılı olacaq. Daha əvvəl Mursinin edam edilməsi inandırıcı görünməsə də, radikal dini qrupların son illərdə daha da fəallaşması hökumətlə qarşıdurmaları daha da dərinləşdirib.

Bu mənada mümkündür ki, prezident Sisi Mursi barədə edam qərarını icrasına qol qoysun. Yaxud da hakimiyyətin manevr etməyə çalışdığı, edam qərarından həm “Müsəlman Qardaşlar”a qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə çalışacağı, eyni zamanda bəzi ölkələrlə siyasi bazarlıq üçün istifadə etməyə çalışması mümkündür.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın