Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib

Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib

Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub.

Qərar 3 il müddətində qüvvədə qalacaq.

Bundan əlavə, “Müsəlman qardaşlar” (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın